Döyüşçümüz ermənini diz çökdürərək çempion oldu
23 İyun 2012 Şənbə 11:28
Yeniyetmə cüdoçumuz qitə birinciliyinin qalibi olub
Çernoqoriyanın Bar şəhərində yeniyetmələr arasında Avropa çempionat götürüb. ANS PRESS-in "JudoOnline.info"ya istinadla verdiyi məlumata görə, yarışın ilk günündə - 55 kq çəki dərəcəsində Babazadə İlkin bütün rəqiblərini məğlub edərək Avropa çempionatının qızıl medalını qazanıb.
Belə ki, Babazədə İlkin ilk üç qarşılaşmasında Xorvatiya, Albaniya, Gürcüstan cüdoçusunu məğlub edərək yarımfinala yüksəlib, İlkin yarımfinalda erməni cüdoçusu Dermişyan Harutyunu diz çökdürürək iki “yuko” xalı ilə məğlub edib və finala çıxıb. Finalda daha bir Gürcüstan təmsilçisi Beka Natatralaşvilini təmiz qələbə “ippon” xalı ilə məğlub edərək Avropa çempionatının qızıl medalını qazanıb.
Bununla bərabər daha üç cüdoçumuz - 50 kq Sadiq Qurbanov, Elnur Abbasov və 60 kq çəki dərəcəsində İlkin Məmmədov Qitə birinciliyinin bürünc medallarını qazanıblar.
Bu nəticə ilə yarışın ilk günündə Azərbaycan idmançılarının medal sayına görə 39 ölkə arasında komanda hesabında 3-cü yerdə qərarlaşıb.
DOSTLARINLA PAYLAŞ: