Döyüşçümüz Elvin İsayev erməni rəqibini diz çökdürdü
12 Dekabr 2012 Çərşənbə 18:05
Boksçumuz Elvin İsayev Oqanes Baçkovu məğlub edib.
Rusiyanın Kalininqrad şəhərində boks üzrə 19-22 yaşlılar arasında Avropa çempionatı davam edir. Bu gün boksçularımızdan ilk olaraq 60 kq çəki dərəcəsində mübarizə aparan Elvin İsayev rinqə çıxıb.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, idmançımız erməni rəqibi Oqanes Baçkovu 17:14 hesabı ilə məğlub edib.
Beləliklə, milli komandamızın üzvü 14 finala vəsiqə qazanıb. Axşam saatlarında isə Heybətulla Hacəliyev Almaniyanı təmsil edən Artyom Arutunyanla qarşılaşacaq.
DOSTLARINLA PAYLAŞ: