Döyüşçülərimiz Ukraynanı fəth etməyə yola düşdülər
22 Yanvar 2010 Cümə 11:35
Bu ölkədə gənc güləşçilərin beynəlxalq turniri keçiriləcək
Ukraynanın Zaporojye şəhərində idman ustası Yevgeni Truxinin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, bu gün start götürəcək yarışda iştirak etmək üçün yığma komandamız artıq Ukraynaya yola düşüblər. Komandamız turnirə məşqçilər Nazim Əhmədov və Zöhrab Abbasovun rəhbərliyi altında yola düşüblər.

Turnirdə idmançılarla yanaşı ölkəmizi həmçinin Sədi Quliyev hakim kimi təmsil edəcək.

Xatırladaq ki, yarışlara yanvarın 24-də yekun vurulacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar