Dördlər finalı oyunlarına start verildi
15 Mart 2014 Şənbə 17:26
Martın 15-də Bakıda qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının Dördlər finalı ilk oyunu başlayıb.
ANS PRESS-in verdiyi məlumata görə, “Baku Crystal Hall”da keçirilən ilk oyunda Türkiyənin “Eczaçıbaşı” və “Vakıfbank” komandaları qarşılaşırlar.

Oyunun baş hakimi polşalı Piotr Dudekdir. Ona almaniyalı Heike Kraft köməklik edirlər.

Qarşılaşmanın ikinci hissəsi italiyalı baş məşqçi Ciovanni Quidettinin yetirmələrinin xeyrinə başa çatıb. Rəqibinə 25:19 hesabı ilə qalib gələn “Vakıfbank” hesabı bərabərləşdirib. 1:1.

İlk setdə isə “Eczaçıbaşı” komandası rəqibini 25:19 hesabı ilə məğlub edib.












DOSTLARINLA PAYLAŞ:

oyunlar