Dopinq Belorus çempionunu qızıl medalsız qoydu
14 Avqust 2012 Çərşənbə Axşamı 11:31
London Olimpiadasında daha bir dopinq qalmaqalı çempionu qızıl medalsız qoyub.
“OLAYLAR” ın xarici KİV-ə istinadən yaydığı məlumata görə, Olimpiadada yadro tullamaq (nüvə itələmək) üzrə qızıl medal qazanmış Belorus təmsilçisi Nadejda Ostapçukun qanında dopinq aşkar olunub. Buna görə də o qızıl medaldan məhrum edilib. Məlumatı Beynəlxalq Olimpiya Komitəsi də təsdiqləyib. Həmin yarışlarda 3-cü olmuş rusiyalı idmançı Yevgeniya Kolodko ikinci pilləyə yüksəlib və bürünc medal əvəzinə gümüş medal əldə edib. Qızıl medal isə Yeni Zelandiya təmsilçisi Valeri Adamsa verilib. Bürünc medalı isə  çinli Litsyao Hona qazanıb.
Qeyd edək ki, Nadejda Ostapçukun qan testində qadağan olunmuş steroid metenolon maddəsi aşkarlanıb. Maraqlıdır ki, idmançı üzərində həm yarışdan öncə, həm də sonra qan testi aparılmışdı. Nəticə yarışlar başa çatandan sonra bəlli olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar