Diyeqo Maradona ərəb klubundan qovuldu
11 İyul 2012 Çərşənbə 01:57
“Əl-Vəsl”in rəhbərliyi argentinalı baş məşqçi ilə bağlanmış müqaviləni ləğv edib.
Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vəsl” klubu argentinalı baş məşqçi Diyeqo Maradonanı işdən uzaqlaşdırıb. Bu barədə qərar klubun İdarə Heyətinin iclasında qəbul edilib.

Maradonanın işdən qovulmasına ötən mövsümdə “Əl-Vəsl”in nəinki mükafatçılar sırasına düşə bilməməsi, üstəlik, BƏƏ-nin altıncı liqasında (12 klub çıxış edir) 8-ci yeri tutması səbəb olub. Beləliklə, argentinalı baş məşqçi ilə ötən ilin mayında imzalanmış iki illik müqavilə vaxtından əvvəl ləğv edilib.

Qeyd edək ki, bu ilin aprelində baş məşqçinin “Əl-Vəsl” rəhbərliyi ilə münaqişəsinin yarandığı bildirilirdi. Buna vəd edilən oyunçuların alınmaması səbəb olmuşdu.



DOSTLARINLA PAYLAŞ:

oyunlar