“Dinamo” klubuna yeni baş məşqçi təyin edildi
23 Dekabr 2010 Cümə Axşamı 11:40
Yuri Syomin bu posta ikinci dəfə sahib çıxacaq
Rusiyanın “Lokomotiv” klubunun sabiq çalışdırıcısı, rusiyalı futbol mütəxəssisi Yuri Syomin yenidən Kiyevin “Dinamo” klubunda çalışacaq. O, sabah “Dinamo” (Kiyev) komandasının baş məşqçisi kimi rəsmən ictimaiyyətə təqdim ediləcək.

Təqdimetmə mərasimi Valeri Labanovski adına “Dinamo” stadionunun toplantı zalında keçiriləcək. Yeni vəzifəsində Boris İqnatyev və Vinçentso Pinkolinin Yuri Syominə kömək edəcəyi bildirilir.

Xatırladaq ki, Yuri Syomin 2008-ci ilin yanvarın 1-dən 2009-cu ilin 26 mayınadək “Dinamo”nu çalışdırmışdı. “Dinamo” 63 yaşlı baş məşqçinin rəhbərliyi altında Ukrayna çempionatının qızıl və gümüş medallarını qazanaraq UEFA kubokunun yarımfinalınadək yüksəlmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar