“Dinamo” – “Braqa” matçının baş hakimi meydanda döyüldü
09 Aprel 2011 Şənbə 16:55
Ukraynalı azarkeş hakimin idarəçiliyinə bu şəkildə etiraz edib
Avropa Liqası turniri çərçivəsində keçirilən “Dinamo” (Kiyev) – Braqa” (Portuqaliya) matçının bitməsindən bir neçə dəqiqə sonra insident yaşanıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Kiyev klubunun təmsilçisinin azarkeşlərindən biri qarşılaşmanın baş hakimini təpiklə vurub. Bununla da o, baş hakiminin idarəçiliyindən narazı qalmasına etiraz edib.

İnsident televiziya kameraları vasitəsilə lentə alınıb. UEFA-nın İntizam Komitəsinin bununla bağlı “Dinamo” klubuna cəza kəsəcəyi istisna olunmur.

Xatırladaq ki, Avroliqa Liqa ¼ final mərhələsi çərçivəsində baş tutan “Dinamo”-“Braqa” oyunu 1:1 hesabı ilə yekunlaşmışdı. Qarşılaşmanın baş hakimi “Dinamo”nun aparıcı oyuncusu Andrey Şevçenkoya qırmızı kart göstərərək onu meydandan qovmuşdu.




DOSTLARINLA PAYLAŞ:

oyunlar