“Beşiktaş” Avropa kuboklarına vida etdi, “Dinamo”nu “Mançester Siti” səddi gözləyir
Kiyev “Dinamo”su UEFA Avropa Liqasının 1/16 final mərhələsində Türkiyənin “Beşiktaş”ı darmadağın edib. “Dinamo”nun ötən həftə səfərdə də böyük hesablı qələbə qazanlığını nəzərə alsaq, o zaman Ukrayna klubu iki oyunda yeddi topluq fərqlə növbəti mərhələyə çıxmıh oldu.
Bir həftə əvvəlki oyunla müqayisədə Ukraynanın viitse-çempionunun heyətində bir məcburi dəyişiklik baş vermişdi. İstanulda zədələnən Taras Mixalikin əvəzinə meydana Qoran Popov çıxmışdı. Türkiyə kulubunda isə daha nəzərəçarpacaq dəyişikliklər olmuşdu. Ön xəttdə “Beşiktaş”ın yeni legioneri Uqu Almeyda diskvalifikasiya edilmiş Rikardu Kuarejmanı əvəh etmişdi. Qapını qorumaq isə Avropa Liqasının bu ilki mövsümündə ilk dəfə Rüştü Rəncbərə tapşırılmışdı.
Rüştü Rəncbər 2006-cı ildə Kiyev “Dinamo”su ilə 2006-cı ildə “Fənərbağça”nın heyətində oynamış və üç qol buraxmışdı. 37 yaşlı qapıçı üçün bu dəfəki oyun da uğursuz başladı. Andrey Şevçenko, Artyom Milevski və Oleq Qusevin çoxgedişli kombinasiyasından sonra top Oqnen Vkoeviçin əlinə keçdi və o, yaxın məsafədən zərbə ilə hesabı açdı. Hələ onyunun üçüncü dəqiqəsi gedirdi.
“Dinamo” ilk qoldan sonra da üstünlüyü əldən vermədi. Lakin qonaqlar hesabı bərabərləşdirməyə daha yaxın oldular. Quti vaxtında edilmiş ötürmə ilə Bobonu Aleksandr Şovkovski ilə üzbəüz qoysa da, o, topu qapının üstündən vurdu.
Türklər bundan sonra uzaqdan zərbələrə üstünlük verdi. Lakin meydan sahiblərinin kapitanı səhvsiz oynadı. Oyun sakitləşdi. Hiss olunurdu ki, hesab kiyevliləçrin ürəyincədir. Meydanın mərkəzində sıxlaşan meydan sahibləri hücuma atılacağı şübhə doğurmayan qonaqların səhvlərini gözləməyə başlamışdılar. Lakin “Beşiktaş”ın futbolçuları riskə tələsmirdilər. Komandalar fasiləyə 1:0 hesablı nəticə ilə yollandılar.
Yuri Syominin komanadsı istəyinə 55-ci dəqiqədə çatdı. Artyom Milevski əks-hücumda topu ələ keçirdi və Andrey Yarmolenkoya ideal dəqiqliklə ötürmə etdi. O isə qapıçı ilə təkbətək qaldı, Rüştü Rəncbəri asanlıqla aldatdı və topu boş qapıya göndərdi.
İstanbul klubunun baş məşqçisi Bernd Şuster vaxtından əvvəl iki dəyişiklimk etsə də, qonaqlara bu da gömək etmədi. Bunun əvəzində isə meydan sahiblərinin heyətinin Andrey Yarmolenkonu Miloş Ninkoviçin əvəz etməsi öz işini gördü. Roman Yeryomenkonun zərbəsindən sonra top canlı səddən geri qayıtdı və məşz meydana yeni çıxan serbiyalı futbolçu cərimə meydançasına ötürmə etdi. Bundan sonra Oleq Qusev üçün hesab arasındakı fərqi artırmaq çətinlik yaratmadı - 3:0.
Final fitinə 15 dəqiqə qalmış Andrey Şevçenko da fərqləndi. Andrey Yeryomenko özünün növbəti dəqiq ötürməsini etdi, Andrey Şevçenko isə özünün Avropa kuboklarındakı 66-cı qolunu vurdu.
“Dinamo” Avropa Liqasının ¼ finalına vəsiqə uğrunda İngiltərə çempionatının liderlərindən olan “Mançester Yunayted”lə qarşılaşacaq. İlk oyun martın 10-da Kiyevdə keçiriləcək.