“Dinamo”“Beşiktaş”a dərs verdi
18 Fevral 2011 Cümə 02:28
Türkiyə klubunin növbəti mərhələyə çıxmaq ümidi “İnönü”də dəfn edildi
Kiyevin “Dinamo” klubu Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində səfərdə Türkiyənin “Beşiktaş” klubuna qalib gəlib.
İstanbulda keçirilən qarşılaşma kiyevlilərin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qaliblərin heyətincə Oqnen Vukoyeviç (27-dəqiqə), Andrey Şevçenko (50-ci dəqiqə), Ayila Yussuf (56-cı dəqiqə) və Oleq Qusev (90-cı dəqiqə, penalti) fərqləniblər. “Beşiktaş”ın yeganə qolunu 37-ci dəqiqədə portuqaliyalı Rikardo Kuarejma vurub. Cavab qarşılaşması fevralın 24-də Ukraynada keçiriləcək. Lakin “Beşiktaş”ın növbəti mərhələyə vəsiqə qazana biləcəyinə artıq heç kim inanmır.
Avropa Liqasında günün digər qarşılaşmalırının nəticələri
“Anderlext” - “Ayaks” 0:3,
“Benfika” - “Ştutqart” 2:1,
BATE - “PSJ” 2:2,
“Lex” - “Braqa” 1:0,
“Napoli” - “Vilyareal” 0:0.
“Bazel” - “Spartak” 2:3
“Lill” - “PSV” 2:2
PAOK - ÇSKA (Moskva) 0:1
“Reyncers” - “Sportinq” 1:1
“Sevilya” - “Porto” 1:2
“Sparta” - “Liverpul” 0:0
“Yonq Boys” - “Zenit” 2:1.
“Rubin” - “Tvente” 0:2
“Metallist” (Xarkov) - “Bayer” 0:4
DOSTLARINLA PAYLAŞ: