Dik Advokat erməni jurnalistlərə cavab verdi
03 Fevral 2011 Cümə Axşamı 16:50
Rusiya yığmasının çalışdırıcısı Ermənistan – Rusiya matçı barədə danışıb
Rusiya yığma komandasının hollandiyalı baş məşqçisi Dik Advokat Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Ermənistan – Rusiya matçı ilə bağlı fikirlərini bildirib. Advokat Ermənistan mətbuatında Ermənistan yığmasının Rusiya millisinə oyunu “satacağı” ilə bağlı səslənən fikirlərlə razılaşmadığını bildirib.
“Bu adi bir təxribatdır. Onların tarixlərində ilk dəfə Avropa çempionatının final mərhələsində iştirak etmək şansı var. Bütün vasitələrdən istifadə edərək bu oyun ətrafında hay-küy qaldırmaq istəyirlər. Jurnalistlərin nə danışdıqlarının elə bir əhəmiyyəti yoxdur. Bu oyunda güclü olan komanda qalib gələcək”,- deyə Dik Advokat qeyd edib.
Xatırladaq ki, Avro-2012-nin seçmə qrup mərhələsində İrəvan şəhərində baş tutacaq Ermənistan – Rusiya oyunu martın 26-da keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: