Dieqo Maradona cəzasını bitirdi
16 Yanvar 2010 Şənbə 01:40
Baş məqşçi Dieqo Maradona bazar günü millidə iş başına dönəcək.
Futbol üzrə Argentina millisinin baş məşqçisi Dieqo Maradonanın iki aylı cəzası başa çatıb. Məşhur argentinalı yığmada iş başına bazar günü dönəcək. O həmin gün Cənubi Afrika Respublikasına səfər edəcək və Argentina millisinin Dünya çempionatındakı məşq bazasına baxış keçirəcək.
Dieqo Maradona jurnalistlərə qarşı ədəbsiz ifadələrinə görə FİFA tərəfindən iki ay müddətinə cəzalandırılmışdı. Baş məşqçi ötən ilin noyabrında 2010-cu il Dünya çempionatının seçmə mərhələsinin həlledici qarşılaşmasından sonra KİV nümayəndələrini təhqir etmişdi.
Cəza müddətində Dieqo Maradona dünya birincilinin final mərhələsinin püşkatma mərhələsində və argentinalıların Kataloniya yığmasına qarşı yoldaşlıq görüşündə iştirak edə bilməmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: