Dieqo Luqano özüne yeni komanda tapıb
03 Avqust 2013 Şənbə 11:36
Tecrübeli müdafieçi bundan sonra İngilterenin "Vest Bromviç" klubunda forma geyecek.
2011-2012-ci il mövsümündə “Fənərbaxça”dan Fransanın PSJ klubuna transfer olunan Dieqo Luqano özünə yeni komanda tapıb.

Qol.Az-ın məlumatına görə, təcrübəli müdafiəçi bundan sonra İngiltərənin "Vest Bromviç" klubunda forma geyəcək. Bu barədə PSJ-nin rəsmi saytı məlumat yayıb. Futbolçunun müqavilə müddəti və transfer qiyməti haqda məlumat verilməyib.

Qeyd edək ki, ötən mövsüm "Malaqa"da icarə əsasında oynayan Dieqo Luqano Uruqvayın millisinin kapitanıdır. O xeyli müddət İstanbulun “Fənərbaxça” klubunda çıxış edib və komandanın əfsanəvi oyunçularından birinə çevrilib. 2011-ci ildəki məlum oyun alqı-satqısı olayından sora isə təcrübəli futbolçu 3 milyon avro qarşılığında PSJ-yə keçmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar