Didye Droqba "Qalatasaray"a cavab verməlidir
24 May 2011 Çərşənbə Axşamı 21:26
İstanbul klubunun rəhbərliyi futbolçuya 24 saat vaxt verib.
“Qalatasaray” rəhbərliyi “Çelsi”nin futbolçusu Didye Droqbadan əl çəkmir. İstanbul təmsilçisinin prezidenti Ünal Aysal 33 yaşlı afrikalı hücumçunun transferini həll etmək üçün İngiltərə paytaxtına yollanıb.
Aysal ulduz futbolçuya ildə 6 milyon avroluq müqavilə təklif edərək, ona fikirləşmək üçün 24 saat vaxt verib.
Əgər Didyenin keçidi alınmazsa, “Qalatasaray” diqqətini digər afrikalı hücumçu – “İnter”də oynayan Samuel Eto’O-ya yönəldəcək. “Cim Bom” “Fənərbaxça” ilə 5-ci çempionluğunu yaşayan hücumçu Semih Şəntürkə də təklif göndərib. Komandanın baş məşqçisi Fatih Terim yığmada rəhbərliyi altında oynadığı Semihi razı salmağa çalışır. anspress
DOSTLARINLA PAYLAŞ: