Didye Droqba malyariyaya yoluxdu
10 Noyabr 2010 Çərşənbə 01:40
Hücumçu Didye Droqba futboldan nə qədər uzaq qalacağı bəlli deyil.
Londonun “Çelsi” klubunun hücumçusu Didye Droqba malyariyaya tutulub. Kot d-İvuarlı futolçu noyabrın 7-də İngiltərə çempionatında “Liverpul”la oyundan əvvəl özünü pis hiss edib. Futbolçu həmin oyunda ehtiyatda qalıb və meydana yalnız fasilədən sonra çıxıb. Didye Droqba noyabrın 9-da qan analizi verib və məlum olub ki, o, malyariyaya tutulub.

Hücumçunun xəstəliyi barədə məlumatı “Çelsi”nin baş məşqçisi Karlo Ançelotti verib. İtaliyalı məşqçinin sözlərinə görə, o, Droqbanın bu xəstəliyə harada yoluxduğunu bilmir.

Futolçunun meydana nə vaxt qayıdacağı bəlli deyil. Bu gün “Çelsi” ölkə çempionatında “Fulhem”lə qarşılaşacaq. 11 turdan sonra londonlular 25 xalla turnir cədvəlinin lideridirlər. İkinci pillədəki “Mançester Yunayted”in 23 xalı var. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar