Devid Bekhem qəzaya uğradı
08 May 2011 Bazar 04:40
Devid Bekhem qəzaya uğrayıb. Onun idarə etdiyi avtomobil magistralın kənarında dayanan maşina çırpılıb.
İngiltərəli futbolçu Devid Bekhem Amerikanın Kaliforniya ştatının Torrans şəhərində qəzaya uğrayıb. “Associaed Press” agentliyinin məlumatına görə, hadisə bu gecə baş verib. Devid Bekhemin idarə etdiyi “Cadillac” avtomobili magistralın kənarında dayanan nasaz “Mitsubishi” maşınına çırpılıb. Qəza nəticəsində futbolçu xəsarət almayıb.

Digər avtomobildə olan 40 yaşlı Los-Ancedes sakini isə xəstəxanaya yerləşdirilib. Amma onun ciddi xəsarət almadığı bildiridir.

Devid Bekhemin özü hadisə ilə bağlı heç bir açıqlama verməyib.

Devid Bekhem Amerikanın “Los Anceces Gelaksi” komandasının kapitanıdır. O, bu kluba 2007-ci ildə Madrid “Real”ından keçib. Futbolçu ABŞ klubununq heyətində 50 oyun keçirib və 9 qol vurub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar