Devid Bekhem PSJ klubu ilə anlaşmaq üçün Parisə gəlib
18 Dekabr 2011 Bazar 13:54
Devid Bekhem bazar günü keçiriləcək Fransa çempionatından əvvəl ictimaətə təqdim edilə bilər.
ABŞ-ın “Los-Anceles Qelaksi” kılubu ilə müqaviləsi başa çatan məşhur ingilis futbolçu Devid Bekhem karyerasını Fransada davam etdirmək qərarına gəlib. ANS PRESS-in Fransanın "Sport.fr" saytına isttinadən verdiyi məlumata görə, futbolçu “Pari Sen-Jermen” (PSJ) klubu ilə anlaşmaq üçün şənbə günündən bazar gününə keçən gecə Parisə gəlib.
36 yaşlı ingilis futbolçunun Fransa çempionatının növbəti turu çərçivəsində baş tutacaq PSJ-"Lill" matçından əvvəl azarkeşlərə təqdim olunacağı gözlənilir.
Xatırladaq ki, Devid Bekhem karyerası ərzində "Mançester Yunayted", "Real" və "Milan" kimi nəhəng klubların formasını geyinib. Futbolçu İngiltərə yığmasının heyətində Avro-2012-də iştirak etmək arzusunda olsa da İngiltərə millisinin baş məşqçisi Fabio Kapello futbolçunun yığmaya cəlb edilməyəcəyini bildirmişdi.
DOSTLARINLA PAYLAŞ: