İngilis furtbolçu 76-cı dəqiqədə meydana çıxıb.
Devid Bekhem PSJ-də debüt edib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Fransada 26-cı turun oyunları çərçivəsində “Marsel”lə qarşılaşan PSJ 2:0 hesabıyla qalib gəlib.
Karlo Ançelottinin yetirmələri 11-ci dəqiqədə hesabı açıblar. 76-cı dəqiqədə İngiltərə yığmasının kapitanı Devid Bekhem PSJ-nin heyətində debüt edib.
Bu qələbədən sonra parislilər 54 xal toplayaraq turnir cədvəlinə başçılıq edirlər. İkinci yerdə 51 xalla “Lion”, üçüncü yerdə isə 46 xalla “Marsel” gəlir.
Fransa 26-cı tur:
PSJ-“Marsel” 2:0
Nikola Nkulu, 11 (avtoqol), Zlatan İbrahimoviç, 90+1
“Bordo”- “Brest” 0:2
Benua Tremulans, 19 (avtoqol), Ahmed Kantari, 83(11m)
Paris by UCL2410