Devid Bekhem Dağıstana gəlir?
11 Yanvar 2013 Cümə 22:49
“Anji” klubu 37 yaşlı futbolçuya cəlbedici müqavilə təklif edib.
Mahaçqalanın “Anji” futbol klubu Devid Bekhemi öz sıralarına cəlb etmək niyyətindədir. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, klub qış transferi zamanı yaranmış fasilədə 37 yaşlı futbolçunu oynayan məşqçi kimi dəvət edəcək.
Belə ki, “Anji” 2 illik müqavilə üçün onun əvvəl çıxış etdiyi “Los Anceles Qalaksi” klubunda aldığı məvacib qədər pul verməyə hazırdır.
Dağıstan klubunun rəhbərliyi hesab edir ki, futbolçu bu klubda məşqçi heyətində və ya klubun rəhbər vəzifələrinin birini tuta bilər.
DOSTLARINLA PAYLAŞ: