Bu gün Dəvəçi rayonunda ənənəvi at yarışı keçirilib. ANSPRESS-in bölgə müxbirinin məlumatına görə, Dəvəçi Rayon İcra Hakimiyyətinin təşkil etdiyi at yarışı Qədim Şabran Tarix və Mədəniyyət Qoruğunun ərazisində keçirilib. Yarışda 20 çapar mübarizə aparıb. Dəvəçi rayon icra hakimiyyəti başçısının müavini Ramiz Vahabov bilririb ki, bu yarış artıq ikinci ildir ki, keçirilir və Novruz bayramının tərkib hissəsinə çevrilib. Yarışda I yerin sahibi Fəzail Akif oğlu Ağarzayevə və II yerə çıxan Pərviz Əsgər oğlu Əsgərova icra hakimiyyətinin fəxri diplomları və qiymətli hədiyyələr verilib.
Aytəkin Alxaslı /ANSPRESS/