Deputatlar futbol veteranlarına uduzdular - 1:5
02 Noyabr 2011 Çərşənbə 00:30
Matç Azərbaycan futbolunun tanınmış simalarından İsgəndər Cavadovun 55 illik yubileyinə həsr olunub.
Ötən gün “Şəfa” stadionunda Milli Məclisin futbol komadası ilə “Nefçi” klubunun veteranları arasında “Neftçi”nin sabiq kapitanı, Azərbaycan futbolunun tanınmış simalarından olan İsgəndər Cavadovun 55 illik yubileyinə həsr olunan matç keçirilib. Məlumata görə, bu qarşılaşmada deputatlar 5-1 hesabı ilə veteran futbolçulara uduzublar.

Qarşılaşmada millət vəkillərindən Siyavuş Novruzov, Fuad Muradov, Zahid Oruc, Adil Əliyev, Fazil Mustafa və Milli Məclisin işçiləri iştirak edirdilər. Milli Məclisin futbol komandasına kapitanlığı Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov edib.

“Neftçi”dən isə Şahin Diniyev, Musa Qurbanov, Vəli Qasımov, Arif Əsədov, Zaur İsmayılov, Camaləddin Əliyev, Ruslan Qafitulin, Vəli Qasımov, Maşallah Əhmədov və digər tanınmış veteranlar oynayıblar.

Milli Məclisin komandasının üzvü Fuad Muradovun vurduğu yeganə qola veteranlar Şahin Diniyevin qolu, həmçinin Vəli Qasımov və Musa Qurbanovun dublu ilə cavab veriblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar