Denizlispor klub rehberi güllelendi
09 Sentyabr 2013 Bazar Ertəsi 13:39
Denizlispor vitse prezidenti ayaqlarından güllelenib.
“Denizlispor” futbol klubunun vitse-prezideti Mustafa Üstek güllələnib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Üstek ayağından vurulub.

Onun iş yerində mübahisə etdiyi bir şəxs trəfindən vurulduğu xəbər verilir. Həmin şəxslə vitse-prezident arasında mübahisəli torpaq məsələsi olub.
Həmin şəxs iki dəfə atəş açıb. Güllələr Mustafa Üstekin ayaqlarına dəyib. Klub rəhbərini güllələyən şəxs hadisə yerindən qaçsada, sonradan polis idarəsinə gələrək təslim olub.

Pamukkale Universitet Xəstəxanasına aparılan Mustafa Üstekin vəziyyətinin yaxşı olduğu xəbər verilir.

Xatırladaq ki, iki azərbaycanlı futbolçu Arif İsayev və Saşa Yunisoğlu da "Dənizlispor"da forma geyinir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar