Denis Silva: "Qoy rəqiblər bizdən çəkinsin"
15 İyun 2011 Çərşənbə 16:04
Braziliyalı Denis Silva komandanın Çempionlar Liqasına hazırlığı barədə danışıb.
Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" futbol klubu UEFA Çempionlar Liqasına hazırlığı davam etdirir. ANS PRESS-in “Neftçi” futbol klubuna istinadən verdiyi məlumata görə, komanda üzvləri gündə iki dəfə olmaqla baş məşqçi Arif Əsədovun rəhbərliyi altında məşq keçirlər. "Neftçi"nin braziliyalı müdafiəçisi Denis Silva hazırlıq prosesi ilə bağlı fikirlərini klubun rəsmi saytına bildirib: "Hazırlığımız yüksək səviyyədə keçir. Komandada gözəl əhval-ruhiyyə var. Məqsədimiz Çempionlar Liqasında uğurlu çıxış etməkdir. Bu turnirdə zəif rəqib olmur. Bilirik ki, bizi çətin oyunlar gözləyir. Amma qoy, rəqiblər bizdən çəkinsinlər. Çünki "Neftçi"də səviyyəli futbolçular yer alıb. Yerlilərlə legionerlərin sintezindən ibarət gözəl komandamız var. Gücümüzü Çempionlar Liqasında da göstərəcəyik".

Qeyd edək ki, “Neftçi” Çempionlar Liqasındakı rəqibi iyunun 20-də keçiriləcək püşkatma nəticəsində müəyyənləşəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar