DÇ-2014-ün təqvimi Lüksemburqda razılaşdırılacaq
01 Avqust 2011 Bazar Ertəsi 14:40
F qrupunda yer alan komandaların nümayəndələri noyabrda bir araya gələcəklər
2014-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatının ilkin seçmə mərhələsi çərçivəsində yığmamızın da yer aldığı F qrupunun təqvimi Lüksemburqda keçiriləcək görüşdə razılaşdırılacaq. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, görüş noyabr ayında baş tutacaq. Artıq tərəflər bununla bağlı razılığa gəliblər.

Xatırladaq ki, yığmamız Braziliyada baş tutan püşkatma mərasiminin yekununa görə, seçmə mərhələdə Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya və Lüksemburq kollektivləri ilə bir qrupda mübarizə aparmaq hüququ qazanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar