DÇ-2010-nun ən yaxşı gənc futbolçusu kim olacaq?
10 İyul 2010 Şənbə 10:15
FİFA üç namizədin adını açıqlayıb.
FIFA texniki komissiyası Dünya Çempionatı-2010-nun ən yaxşı gənc futbolçusu olmağa layiq 3 oyunçunun adını açıqlayıb. Bu oyunçulardan biri Almaniya yığma komandasının gənc yarımmüdafiəşisi Tomas Müllerdir. O, mundialda 4 qola imza ataraq, üç məhsuldar ötürmə verib.

Mundialın ən yaxşı gənc futbolçusu adına namizəd digər futbolçu isə Covanni dos Santosdur. Meksikalı futbolçu yığmanın heyətində mundialda keçirdiyi dörd oyunun hamısını əvəz olunmadan oynayıb.

Ən yaxşı gənc futbolçu ünvanına üçüncü namizəd isə Qana seçməsinin üzvü Andre Ayyudur. Bu futbolçu Dünya Çempionatı-2010-da bir məhsuldar ötürmə verməklə yadda qalıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar