David Vilyanın rekord arzusu
04 Sentyabr 2010 Şənbə 14:35
Futbolçu David Vilya adını İspaniya futbolu tarixinə yazdırmaq istəyir.
Futbol üzrə son Dünya çempionatında uğurlu oyun nümayiş etdirərək komandasının birinci yeri tutmasında önəmli rol oynayan David Vilya İspaniya yığmasında yeni rekord yeniləmək arzusundadır.

David Vilya İspaniya seçmə komandasının heyətində ən çox qol vuran futbolçu kimi tarixə düşmək istəyir. Futbolçu dünən baş tutan Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Lixtenşteynlə oyunda qol vurmağa çalışsa da buna müvəffəq olmayıb. İspaniyanın 4:0 hesabı ilə rəqibini məğlub etdiyi matçda qollara Vilyanın komanda yoldaşları imza atıb.

Xatırladaq ki, David Vilya 2005-ci ildən şərəfini qoruduğu İspaniya yığmasının heyətində 66 oyunda meydana çıxaraq 44 qola imza atıb. Raul Qonsales isə 102 qarşılaşmada 44 dəfə fərqlənib. Vilya bir qol vuracağı təqdirdə adını İspaniya futbolu tarixinə yazdıracaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar