Danimarka klubu millimizi üstələdi
02 Mart 2011 Çərşənbə 12:16
HFK “Haderslev” 2:0 hesabı ilə qalib gəlib.
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, yığmamızın rəqibi Danimarkanın HFK “Haderslev” klubunun U-19 komandası olub. İlkin olaraq yığmamızın rəqib komandanın 17 yaşlılardan ibarət heyəti ilə qarşılaşacağı bildirilsə də bu baş verməyib.
Oyuna gəldikdə isə yığmamız rəqibə 2:0 hesabı ilə məğlub olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: