Dani Alveş İngiltərədə çıxış edə bilər
17 Dekabr 2010 Cümə 17:35
Braziliyalı futbolçu ilə "Mançester Yunayted" maraqlanır
İngiltərənin “Mançester Yunayted” khlubu “Barselona”nın braziliyalı futbolçusu Daniel Alveşi transfer etmək əzmindədir. “Mankunianlılar” Alveş üçün “Barselona”ya 22 milyon avro ödəməyə hazırdır.

Daniel Alveş də “Barselona”dan ayrıla biləcəyini istisna etməyib. Braziliyalı futbolçunun “Real” (Madrid), “Mançester Siti” və “Çelsi” klubları da heyətlərinə qatmaq uğrunda mübarizə aparır.

Xatırladaq ki, Daniel Alveş “Barselona” klubuna “Sevilya”dan keçmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar