Damaçımız Famil Kamilli dünya çempionatında üçüncü yeri tutur
14 İyul 2012 Şənbə 23:30
Bolqarıstanın Balçik şəhərində gənclər arasında 64 xanalı dama üzrə dünya çempionatı davam edir. Damaçımız Famil Kamilli dünya çempionatında üçüncü yeri tutur.
Bolqarıstanın Balçik şəhərində gənclər arasında 64 xanalı dama üzrə dünya çempionatı davam edir.

13 yaşa qədər yeniyetmələrin turnirində Azərbaycan nümayəndəsi Famil Kamilli altıncı turda qazaxıstanlı Bolat Aymanxana qalib gəlib. Kamilli 8 xal toplayaraq üçüncü yeri tutur.

Hərəyə 9 xal toplamış Dmitri Nemets və Mixail Semenyuk (hər ikisi Belarusdandır) liderliyi əldə saxlayırlar.

Çempionatın başa çatmasına üç tur qalır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar