Dama üzrə ölkə çempionatı keçirilir
20 May 2010 Cümə Axşamı 23:40
Dama üzrə ölkə çempionatı keçirilir. Damaçılar 4 yaş qrupunda mübarizə aparır.
Dama üzrə ölkə çempionatı keçirilir. Ümumilikdə 70 damaçının yarışdığı birincilikdə oğlanlar və qızlar 4 yaş qrupunda mübarizə aparır.

Respublika şahmat mərkəzində keçirilən ölkə birinciliyində 10, 13,16 və 19 yaşa qədər olan gənclər qüvvəsini sınayır. Yaşca ən kiçik oğlanlar arasında maksimal nəticəni 2 nəfər göstərib. Elxan Mehdizadə və Fərid Qənmyev. Hər iki damaçının aktivində 8 xalı var. Eyni yaş qrupunda amma qızlar arasında Nərmin Mehdizadə 7 xalla bütün həmyaşıdlarından üstün olub.

13 yaşlı oğlanlar arasında lider olan Vüqar Babayev də 7 xal toplaya bilib. Qızlar arasında isə Nərmin Sayadzadəyə qalib gələn olmayıb. 16 yaşlılardan Sidqi Samandiyev və Nərmin Xəlilova uyğun olaraq 6 və 5 xal toplaya biliblər.

19 yaşa qədər oğlanların yarışında Aslan Aslanlı yalnız 1 dəfə heç-heçəyə razılaşıb. Leyla Nəcəfova isə 4 xalla yaşca ən böyük xanımlar arasında birincidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar