Dakar 2012 faciə ilə başladı
02 Yanvar 2012 Bazar Ertəsi 16:40
Dakar 2012 faciə ilə başladı. Yarışmanın iştirakçılarından biri həlak olub.
“Dakar-2012” yarışı faciə ilə başlayıb. Belə ki, yarışın ilk mərhələsində motosikletçi Xorxe Martines Boero məsafənin 55-ci kilometrliyində faicəvi şəkildə həlak olub.

38 yaşlı argentinalı idmançı qəzaya uğrayıb və döş qəfəsindən ciddi xəsarətlər alıb. “Eurosport”un məlumatına görə, idmançı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ancaq bununla belə, Martinesin ölümünün səbəbləri ilə bağlı rəsmi olaraq heç bir məlumat verilməyib.

Qeyd edək ki, Martines ikinci il idi ki, ard-arda “Dakar” yarışmasında iştirak edirdi. 2011-ci ildə o, Çilidə istiqamətdən çıxaraq azmışdı. Amma axtarışlar nəticəsində onu tapmaq mümkün olub. Martines bu yarışların tarixində həlak olan 21-ci idmançıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar