Daha bir yaraşıqlı futbolçu subaylığa əlvida dedi
10 İyul 2012 Çərşənbə Axşamı 16:56
Alan Dzaqoyev 25 yaşlı rəqqasə ilə ailə qurub.
Rusiya yığmasının daha bir futbolçusu subayığa əlvida dedi. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, ÇSKA-nın oyunçusu Alan Dzaqoyev evlənib. 21 yaşlı futbolçunun seçimi 25-yaşlı Zarema Abayeva olub. O, Moskvanın "Alaniya" rəqs ansamblının üzvüdür. Nigah mərasimi Tverdə baş tutub. Daha sonra cütlük Vladikafqaza gedib.

Təntənəli toy mərasimində 600-ə yaxın qonaq iştirak edib. Bəy toyuna ağ rəngli "İnfiniti"də, gəlin isə bahalı xarici maşınların müşayiəti ilə "Maybax"da gəlib. Milli osetin geyimi geyinən gəlini qeydiyyat zalına Dzaqoyevin yaxın dostu,"Anji"nin qapıçısı Vladimir Qabulov gətirib.

Vladiqafqazdakı toya isə rəsmi olaraq 1,5 min insan dəvət edilib. Mərasimdə milli osetin musiqiləri səsləndirilib, adət ənənələrə riayət edilib.





DOSTLARINLA PAYLAŞ:

oyunlar