Daha bir ulduz dünya çempionatına gedəsi olmadı
09 İyun 2010 Çərşənbə 15:15
Nani çiynindən ağır zədə aldığı üçün heyətdən çıxarılıb.
Daha bir tanınmış futbolçu dünya çempionatında iştirak etməyəcək. Portuqaliya yığmasının oyunçusu Luis Nani çiynindən zədə aldığı üçün planetin ən böyük futbol turnirinə qatılmayacaq.

Əvvəlcə həkimlər Naninin zədəsinin elə də ciddi olmadığını güman edirdilər. Bu gün isə testlərdən sonra 23 yaşlı futbolçunun vəziyyətinin ciddi olduğu aydınlaşıb və məşqçilər onu heyətdın çıxarıblar.

Portuqaliya yığma komandasını dünya çempionatında ”Benfika”nın futbolçusu Ruben Amorim əvəz edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar