Daha bir tanınmış futbolçu faciəvi şəkildə ölüb - FOTO
16 Noyabr 2009 Bazar Ertəsi 13:25
Apasport.az saytının məlumatına görə, bu dəfə meksikalı Antonio De Niqris həyatla vidalaşıb.
Almaniya yığması və “Hannover” klubunun qapıçısı Robert Enkenin ardından daha bir futbolçu faciəvi şəkildə dünyasını dəyişib. Yunanıstanın “Larissa” klubunda çıxış edən 31 yaşlı hücumçu dünən ürək çatışmazlığından vəfat edib.
Vaxtilə hətta “Vilyareal”ın da formasını geyinmiş De Niqris Türkiyədən bu ilin yayında ayrılıb. O, qardaş ölkənin “Qaziantepspor”, “Ankaraspor” və “Ankaragücü” komandalarında oynayıb. Mövsümlərarası fasilədə azad agent qismində “Larissa”ya keçən meksikalının həyatı faciəvi sonluqla başa çatıb. De Niqris 2001-08-ci illərdə Meksika yığmasının heyətində 16 oyunda 4 qol vurub.
Bu, son 6 gün ərzində ikinci tanınmış futbolçunun ölümüdür. Noyabrın 10-da 32 yaşlı Enke özünü qatarın altına ataraq, intihar etmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: