Daha bir klubumuz dağıldı
21 İyul 2010 Çərşənbə 15:05
İndi Neftçala da futbolsuz qaldı.
Daha bir Azərbaycan klubu fəaliyyətini dayandırıb. Neftçalanı təmsil edən "Anşad Petrol" klubunun fəaliyyətinə son qoyulub. Ötən mövsümün sonuna qədər I divizionda çıxış edən komanda artıq fəaliyyət göstərmir.
Klub rəhbərliyi artıq komandanın I divizionda çıxış etməyəcəyi barədə Peşəkar Futbol Liqasına məlumat verib. Ötən mövsümün ortalarına qədər "Anşad Petrol"a eyniadlı neft şirkəti sponsorluq edirdi. Daha sonra bu şirkət ləğv olunduğundan komanda bir müddət sponsporsuz qaldı və bir neçə oyunu təxirə salındı.
İkinci dövrənin sonlarında isə "Anşad Petrol" SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) sponsorluğu altında meydana çıxdı. Artıq SOCAR da Neftçala klubunu maliyyələşdirmədiyindən, komanda fəaliyyətini dayandırmalı olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: