Daha bir idmançımız qızıl medal qazanıb
08 Aprel 2011 Cümə 23:02
Azərbaycan cüdoçusu Tofiq Məmmədov 90 kiloqram çəki dərəcəsində rəqiblərindən üstün olub
Türkiyənin Antalya şəhərində keçirilən paralimpiyaçıların Ümumdünya Oyunlarında daha bir idmançımız qızıl medal qazanıb. Gözdən əlillərin Ümumdünya İdman Assosiasiyası tərəfindən təşkil edilmiş yarışların 8-ci günü Azərbaycan cüdoçusu Tofiq Məmmədov 90 kiloqram çəki dərəcəsində rəqiblərindən üstün olub.

Qeyd edək ki, dünyanın 60 ölkəsindən Türkiyəyə gəlmiş minə yaxın idmançı yüngül atletika, üzgüçülük, futbol, cüdo, pauerliftinq, şahmat və qolbol üzrə mübarizə aparırlar.

Yüngül atletlər, üzgüçülər, qolbolçular və cüdoçular üçün bu yarışlar ona görə xüsusi əhəmiyyət kəsb edir ki, bu yarışlar 2012-ci ildə Londonda keçiriləcək Paralimpiya Oyunları üçün təsnifat seçim mərhələsidir.

Ümumdünya Oyunları aprelin 10-da başa çatacaqdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar