Daha bir idmançımız Olimpiadaya lisenziya qazandı
19 May 2012 Şənbə 10:10
Uğurlu nəticə qadın boksçumuz Yelena Vıstropovadan gəlib
İdmançılarımız London Yay Olimpia Oyunlarına daha bir lisenziya əldə etdilər. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan boksçusu Yelena Vıstropova Çin Xalq Respublikasının Quançjao şəhərində keçirilən dünya çempionatında finala vəsiqə qazanaraq Olimpiya oyunlarına vəsiqə əldə edib. Milli komandamızın üzvü İsveç idmançısı Anna Laurelli üzərində qələbə qazanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar