Daha bir idmançımız Məhərrəm Əliyev olimpiya lisenziyası qazanıb
31 İyul 2010 Şənbə 21:35
London Paralimpiya oyunlarına iki lisenziya təmin olunub.
Daha bir paralimpiyaçımız 2012-ci ildə Londonda keçiriləcək Paralimpiya oyunlarına lisenziya normativini yerinə yetirib. Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən paurliftinq üzrə dünya çempionatında ağırlığı 100 kq dan artıq olan idmançılar arasında yarışan Məhərrəm Əliyev 227 kiloqramlıq nəticə ilə 6-cı yeri tutub. Buna baxmayaraq, o, lisenziya normativini yerinə yetirib.
Xatırladaq ki, dünya çempionatında həmyerlilərimizdən Elşən Hüseynov da bürünc medal qazanaraq, Londona vəsiqəni təmin etmişdi. Maylaziyada ölkəmizi təmsil edən 3-cü paralimpiyaçı Xəzər Namazov isə çıxışını başa vurmayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: