Daha bir gənc futbolçu vəfat etdi
09 Avqust 2010 Bazar Ertəsi 16:10
Daha bir gənc futbolçu vəfat etdi. Hadisə Latviyada qeydə alınıb.
Latviyanın “Dauqava” klubunun 23 yaşlı futbolçusu Maksim Denisoviç vəfat edib. Futbolçunun nədən öldüyü açıqlanmır. Mərhum Denisoviç karyerası ərzində Latviya yüksək dəstəsində 37 oyunda meydana çıxıb.

Bu, son iki ay ərzində Latviyada ikinci futbolçu ölümü faktıdır. İyun ayında isə “Ozolneki” klubunun 32 yaşlı futbolçusu Andrey Bormakov meydandaca dünyasını dəyişmişdi.

Xatırladaq ki, Andrey Bormakovun ölümünə səbəb onun meydanda rəqib futbolçu ilə sərt toqquşması səbəb olmuşdu. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar