Daha bir futbolçumuz, Vüqar Nadirov Rusiya yolunda
15 Yanvar 2010 Cümə 22:20
"Anji" Vüqar Nadirovu da transfer etmək istəyir
Mahir Şükürovu transfer edən Rusiyanın "Anji" klubu daha bir neçə futbolçumuzu hədəfə alıb. Premyer Liqaya vəsiqə qazanan Mahaçqala təmsilçisinin baş məşqçisi Omari Tetradze heyəti yığmamızın üzvləri ilə gücləndirmək istəyir.

Mahaçqalalılar indi də "Qarabağ"ın və milli komandamızın hücumçusu Vüqar Nadirovu hədəfə alıb. Artıq bununla bağlı "Qarabağ"la danışıqlar başlayıb. Lakin Ağdam klubu futbolçusunu buraxmaqda maraqlı deyil. Vaqif Cavadovun gedişindən sonra onsuz da böyük güc itirən klub rəhbərliyi daha bir futbolçunun gedişinə hazır olmadıqlarını düşünür. Amma hər şey "Qarabağ"ın Antalya toplanışı zamanı sınayacağı əcnəbi hücumçulardan aslı olacaq. Ağdamlılar istədikləri səviyyədə iki forvard tapa bilsələr, o zaman Vüqarı "Anji"yə satmağa razılıq verəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar