Daha bir futbolçu meydanda öldü
10 May 2010 Bazar Ertəsi 11:45
Həkimlər 26 yaşlı Frederiko da Kostanın həyatını xilas edə bilməyiblər.
Futbol üzrə Braziliya çempionatının ikinci dəstəsində yarışan “Meskita” klubunun futbolçusu Frederiko da Kosta Pineyro meydanda dünyasını dəyişib. Hadisə “Meskita” – “Kabofrienes” matçında baş verib.

26 yaşlı futbolçu qarşılaşmanın 30-cu dəqiqəsində huşunu itirərək stadiona yıxılıb. Təcili xəstəxanaya çatdırılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Frederiko da Kosta “Amerika” klubunun futbolçusu olsa da, icarə əsasında “Meskita”da forma geyinirdi. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar