Daha bir boksçumuz Olimpiadadan kənarda qaldı
31 İyul 2012 Çərşənbə Axşamı 02:22
Vətən Hüseynli rəqibini nokdauna salsa da, bu, xal sayında geri qalan boksçumuza kifayət etməyib
Londonda keçirilən XXX yay Olimpiya oyunlarında millimizin daha bir üzvü ümidləri doğrultmayıb. ANS PRESS-in məlumatına görə, mübarizəyə 1/16 final mərhələsindən başlayan boksçumuz Vətən Hüseynli (81 kiloqram) ekvadorlu Karlos Qonqoru Merkado ilə qarşılaşıb.

İlk raundda qapalı döyüşə üstünlük verən təmsilçimiz yekunda rəqibinə uduzub - 2:4. İkinci hissə də Merkadonun üstünlüyü şəraitində keçib. Dəqiq zərbələr vuran Ekvador təmsilçisi bu dəfə fərqi 3 xala çatdırıb - 7:4.

Üçüncü raundda isə Vətən öz döyüşünü tapıb. O, rəqibini nokdauna salsa da, bu yalnız xal fərqinin azalması ilə nəticələnib. Yekunda Karlos 9:8 hesabı ilə alib gəlib və Hüseynli Olimpiada ilə vaxtından əvvəl vidalaşıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar