Daha bir ağır atletimiz Avropa çempionatında medal qazandı
25 Avqust 2011 Cümə Axşamı 01:32
Elxan Əliquluzadə 258 kiloqram ağırlıq qaldırıb
Polşanın Çexanov şəhərində ağırlıq qaldırma üzrə yeniyetmələrin 9-cu Avropa çempionatının ikinci günündə də idmançılarımız medalsız qalmayıblar. ANS PRESS-in məlumatına görə, Elxan Əliquluzadə 62 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb. O, cəmi 258 kiloqram (112+146) ağırlıq qaldırıb. Azərbaycan ağırlıq qaldıranı yalnız Rusiya və Belarusdan olan rəqiblərindən geri qalıb.
Xatırladaq ki, bir gün əvvəl Allahyar Abışov (50 kq) iki bürünc medal qazanıb. Paşa İbrahimli (56 kq) isə əvvəl birdən qaldırma yarışlarında 105 kq çəkini başı üzərinə yüksəldərək kiçik qızıla layiq görülüb. Ardınca təkanla qaldırmada 128 kq çəkini ram edən idmançımız ikinci kiçik qızıla sahib çıxıb. Yekunda isə iki hərəkətin cəminə görə 233 kq çəkini qaldıran İbrahimli Avropanın ən güclüsü olub.
DOSTLARINLA PAYLAŞ: