Daha 3 boksçumuz növbəti mərhələyə vəsiqə qazanıb
14 İyul 2011 Cümə Axşamı 18:01
Mahaçqalada Məhəmməd-Salam Umaxanovun xatirəsinə həsr olunmuş ənənəvi boks turniri davam edir.
Rusiyanın Mahaçqala şəhərində Məhəmməd-Salam Umaxanovun xatirəsinə həsr olunmuş ənənəvi boks turniri davam edir. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yarışın ikinci günündə rinqə çıxan idmançılarımızın hamısı qələbə qazanıb.

52 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdulhəmidov ilk görüşünü braziliyalı Cekson Santosa qarşı keçirməliydi. Ancaq cənubi amerikalının çəkisi normadan çox olduğundan o, rinqə çıxmayıb. 75 kq çəki dərəcəsində London Olimpiadasına lisenziya qazanmış Soltan Migitinov rusiyalı Şamil Şauxalovu 5:0 hesabı ilə məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb. 91+kq çəki dərəcəsində yarışan Məhəmmədrəsul Məcidov da yarışa qələbə ilə başlayıb. Milli komandamızın üzvü Cusem Delevarini 12:4 hesabı ilə üstələyib.

Qeyd edək ki, Umaxanov turnirində WSB liqasında “Baku Fires”in heyətində mübarizə aparmış boksçular döyüşür. Turnirə iyulun 16-da yekun vurulacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar