Daha 2 azərbaycanlı TRABZONSPORDA
16 Yanvar 2013 Çərşənbə 20:17
Ruslan Nəsirli və Şamil Camaləddinov da Türkiyə klubunun düşərgəsinə yollanacaq.
“Sumqayıt” Futbol Klubunun daha iki üzvü “Trabzonspor”un düşərgəsinə yollanacaq. ANS PRESS-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “bordo-mavililər” Orxan Əliyevdən başqa, hücumçumuz Ruslan Nəsirli və yarımmüdafiəçimiz Şamil Cəmaləddinovu da baxışa dəvət edib.

Bu gün “Sumqayıt” FK-ya “Trabzonspor” Futbol Klubunun rəsmisi Özkan Sümer tərəfindən faks daxil olub.

Qeyd edək ki, Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Cəmaləddinov yanvarın 22-dən 29-dək “Trabzonspor”un düşərgəsində olacaq.





DOSTLARINLA PAYLAŞ:

oyunlar