Dağıstanda güləş üzrə Azərbaycan finalı
04 İyun 2013 Çərşənbə Axşamı 00:09
Güləşçi yeniyetmələrimiz Dağıstanda 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
Dağıstanın Xebda rayonunda Suraqat Asyatilovun xatirəsinə həsr olunan sərbəst güləş üzrə yeniyetmələr arasında açıq Respublika turniri keçirilib. Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandamız turnirdə iştirak edib və 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
Məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında turnirə 11 güləşçi yollanmışdı. 50 kq çəki dərəcəsində Azərbaycan finalı baş tutub. Arif Hüseynovla Tofiq Sadıqlının mübarizəsindən isə Tofiq qalib ayrılıb. Beləliklə, Tofiq Sadıqlı qızıl, Arif Hüseynov gümüş medal qazanıb.
Digər qızıl medalları yığmamıza Ruslan Abdullayev (58 kq) və Murad Süleymanov (63 kq) qazandırıb. 42 kq çəkidə mübarizə aparan Fərrux Əliyev isə turniri üçüncü sırada tamamlayıb və bürünc medalla kifayətlənib.
DOSTLARINLA PAYLAŞ: