D.Bekhem Türkiyə çempionatında çıxış edə bilər
01 Dekabr 2010 Çərşənbə 12:50
“Beşiktaş” klubu futbolçunu icarəyə götürmək üçün planlar qurur
Türkiyənin “Beşiktaş” klubu dünya futbol ulduzları Quti və Kuarejmanı heyətinə qatdıqdan sonra daha bir supertransferi həyata keçirməyi planlaşdırır.

İstanbul təmsilçisi yanvar ayında ABŞ-ın “Los-Anceles Qelaksi” klubuna müraciət edərək ingilis futbolçu Devid Bekhemi heyətinə qatmaq fikrindədir. “Beşiktaş” Bekhemi yarım illiyinə icarəyə götürməyi planlaşdırır.

Xatırladaq ki, Devid Bekhem bir dəfə “Los-Anceles Qelaksi”də oynadığı zaman icarəyə verilmişdi. İngilis futbolçu icarə əsasında İtaliyanın “Milan” klubunda forma geyinib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar