Cüdoçumuz Tərlan Kərimov Londonda dünya reytinqinin liderini məğlub edib
29 İyul 2012 Bazar 14:52
Tərlan Kərimov rusiyalı Musa Moquşkova qalib gəlib.
Bu gün XXX London Yay Olimpiadasında cüdo yarışları davam edib. ANS PRESS-in məlumatına görə, turnirin II günündə azərbaycanlı cüdoçusu Tərlan Kərimov tatami üzərinə çıxıb.

İdmançımız 1/16 finalda əlavə vaxtda rusiyalı Musa Moquşkov üzərində qələbə qazanıb.

Xatırladaq ki, London Olimpiadasına 8 cüdoçu ilə yollanan yığmamızın heyətində artıq bir idmançı mübarizəni dayandırıb. İlqar Müşkiyev ötən gün ilk görüşdə erməni cüdoçusu Ovanes Davtyana uduzaraq turnirlə erkən vidalaşıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar