Cüdoçumuz Tərlan Kərimov finalda uduzdu
21 Aprel 2011 Cümə Axşamı 21:24
Cüdo üzrə Avropa çempionatının həlledici görüşündə Tərlan Kərimov macar idmançısına qalib gələ bilməyib.
Bəlli olduğu kimi bu gün Türkiyənin İstanbul şəhərində cüdo üzrə Avropa çempionatına start verilib. ANS PRESS-in Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytına istinadən verdiyi məlumata görə, gənc cüdoçumuz Tərlan Kərimov finalda macar idmançısı Mikloş Unqvari ilə görüşüb. Final görüşünün əsas vaxtında qalib müəyyənləşməyib. Hakimin təyin etdiyi əlavə vaxtda isə Tərlan Kərimovun rəqibi vazari fəndi tətbiq edərək qızıl xalla Avropa çempionu adını qazanıb. İdmançımızın isə Avropa Çempionatında gümüş medal qazanacağı rəsmiləşib.
Xatırladaq ki, 66 kq çəki dərəcəsində mübarizə aparan Tərlan Kərimov ilk mərhələdə fransalı David Laroseni üstələyib. İkinci mərhələdə isə o, Gürcüstan idmançısı Şalva Kardavanı məğlub edib. Yarımfinal mərhələsində idmançımız ingilis cüdoçusu Kolin Oates üzərində qələbə qazanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: