Cüdoçumuz Orxan Seferov bürünc medal qazanıb
27 Avqust 2013 Çərşənbə Axşamı 02:49
Braziliyanın Rio-de-Janeyro şeherinde cüdo üzre dünya çempionatı start götürüb. Cüdoçumuz Orxan Seferov bürünc medal qazanıb.
Braziliyanın Rio-de-Janeyro şəhərində cüdo üzrə dünya çempionatı start götürüb. Apasport.az-ın məlumatına görə, mundialın ilk günündə tatami üzərinə 2 idmançımız çıxıb. Amma mübarizəyə qoşulan cüdoçularımızdan biri mundialı erkən başa vurub.
Çəkisi 60 kq-a kimi olan kişilərin yarışında İlqar Müşkiyev ilk görüşündə ciddi sınaq qarşısında olub. Belə ki, həmyerlimizi 1/16 finala gedən yolda erməni Ovanes Davtyana qalib gəlib. Növbəti mərhələdə Ernan Birbrierlə (Argentina) üz-üzə gələn İlqar yenə qələbə qazanıb. Təəssüf ki, Müşkiyev yarımfinal uğrunda görüşdə qazaxıstanlı Askat Telmanova uduzub.
Püşkdə bəxti gətirməyən Orxan Səfərov isə 1/32 finalda dünyanın ən güclülərindən olan rusiyalı Beslan Mudranovla qarşılaşıb. Bu sınaqdan qalib ayrılan Orxan daha sonra Nikolas Kossor (ABŞ) və Artyom Arsanskini məğlub edərək, 1/4 finala yüksəlib.
Təəssüf ki, bu mərhələdə koreyalı rəqibinə uduzan Səfərov qızıl medal qazanmaq şansını itirib. Bürünc medal uğrunda təsəlliverici görüşə qatılan idmançımız Yeldos Smetovala (Qazaxıstan) görüşdə qələbə qazanan Orxan növbəti mərhələdəki rəqibi (Gürcüstan) Amiran Papinaşvilini məğlub edərək bürünc medal qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi avqustun 31-də başa çatacaq dünya çempionatına 8 cüdoçu ilə yollanıb.
DOSTLARINLA PAYLAŞ: